Azərbaycanın Küveytdəki Səfirliyi 31 Mart soyqırımı günü ilə bağlı tədbir keçirib

Azərbaycanın Küveytdəki Səfirliyi 31 Mart soyqırımı günü ilə bağlı tədbir keçirib 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilib.
Xarici siyasət
31 mart 2019 19:35
Azərbaycanın Küveytdəki Səfirliyi 31 Mart soyqırımı günü ilə bağlı tədbir keçirib

31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilib.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyindən "Report"a verilən məlumata görə, səfirlikdə Küveytdə yaşayan və işləyən, təhsil alan Azərbaycan vətəndaşları, Türkiyə və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşlarının iştirakı ilə soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib.

İlk öncə soyqırımı qurbanlarının, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra anım mərasimində, 1917-ci ilin oktyabr inqilabından sonra bolşeviklərin Bakıda hakimiyyəti ələ keçirdiyi, Daşnaksutyun partiyası ilə müttəfiqlik şəraitində yerli vəziyyətə nəzarəti gücləndirməyə çalışdıqları və Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin etnik erməni olan Stepan Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdiyi qeyd edilmiş, mart qırğınları ərəfəsində Bakı soveti və Daşnaksutyun partiyasının əks-inqilabçı elementlərə qarşı mübarizə bəhanəsi altında Bakı və ətraf ərazilər boyunca Azərbaycanlıları məhv etmək planın hazırlandığı mərasim iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycanlılara qarşı qırğınlarda Bakı sovetinin 6000 və Daşnaksütyun partiyasının 4000 silahlı əsgərinin iştirak etdiyi qeyd edilərək, martın 30-da erməni-bolşevik birləşmələrinin Bakı şəhərini gəmilərdən atəşə tutduqları, sonra, silahlı erməni daşnakların yalnız etnik mənsubiyyətlərinə görə Azərbaycanlıların evlərinə basqın edərək onlara qarşı amansız qətliam həyata keçirdikləri, bu dövr ərzində erməni-daşnak birləşmələrinin Bakı şəhərində və ətrafında 20.000-dən artıq günahsız insanı qətlə yetirdikləri, Azərbaycanlılara qarşı törədilən soyqırımın Bakı ilə məhdudlaşmadığı, qısa zaman ərzində ermənilərin Quba, Şamaxı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törətdikləri, 1918-ci il mart qırğınlarının Azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət olduğu qeyd edilib.

Daha sonra mərasim iştirakçıları Azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli filmə tamaşa edib, səfirliyin ərəb dilində press-relizi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Bəyanatı tədbir iştirakçılarına təqdim olunub, həmçinin iştirakçılar sözügedən soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostend ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi