Küveytdə Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib

Küveytdə Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib Tədbir iştirakçıları Heydər Əliyev barədə sənədli filmə tamaşa ediblər
Xarici siyasət
13 Dekabr , 2016 05:38
Küveytdə Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın Küveytdəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.

Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri, Küveytin ictimai, siyasi xadimləri və KİV nümayəndələri iştirak edib.

Səfir Elxan Qəhrəman tədbirdə çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib, onun öz fəaliyyətində həmişə xalqa arxalandığını, ən çətin anlarda ona müraciət etdiyini qeyd edib.

Bununla yanaşı, səfirlikdə ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev barədə sənədli filmə tamaşa ediblər.

Bununla yanaşı, Küveytin geniş oxucu kütləsinə malik, çoxtirajlı "Əl-Nahar" qəzetində Heydər Əliyevin həyat və fəaliyyətinə dair “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir” başlığında geniş məqalə nəşr edilib. Məqalədə ölkəmizin sosial - iqtisadi inkişafında Heydər Əliyev mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan ulu öndərin ərəb və İslam dünyasının dostu kimi, ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi