Bakı. 27 may. REPORT.AZ/ Küveytdə Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Bu barədə "Report"a Azərbaycan
Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredovun görüşü İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının mayın 27-28-də Küveytdə keçirilən 42-ci toplantısı çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün regional əməkdaşlığın inkişaf etdirilməsi baxımdan əhəmiyyəti vurğulanıb.
Bu il yanvarın 29-da Aşqabadda keçirilmiş üçtərəfli görüşdə əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə inkişafına dair ətraflı müzakirələrin aparıldığı qeyd olunub.
Üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.