Yuxarı

Küveytdə 28 May - Respublika Günü təntənəli şəkildə qeyd olunub

Tədbirdə Küveytin yüksək vəzifəli şəxslər də iştirak ediblər

Bakı. 26 may. REPORT.AZ/ Küveytdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə əsas qonaq kimi Küveytin təhsil və ali təhsil naziri Bədr Haməd Əl-İsa,  dövlət və hökumət nümayəndələri, o cümlədən, paytaxt əl-Küveyt şəhərinin valisi Səbit Məhəmməd Əl-Mihənnə, dövlət başçısının oğlu Şeyx Nasir Əl-Sabah (Əmir Administrasiyasının rəhbəri), qardaşı oğlu Şeyx Təlal Əl-Sabah və digərlər iştirak ediblər.

Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Elxan Qəhrəman çıxış edərək Azərbaycanda gedən siyasi, iqtisadi, mədəni, turizm sahələrdəki sürətli inkişaf, ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son danışıqlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə respublikamızın qədim tarixi, zəngin mədəniyyəti, memarlıq abidələri, səfalı turizm guşələrini özündə əks etdirən foto sərgi təşkil olunub və sənədli film nümayiş etdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi