Bakı. 28 aprel. REPORT.AZ/ "Mən Ukraynada hakimiyyət başında qalsaydım, indi olanlar baş verməzdi". "Report" xəbər verir ki, bu barədə Ukraynanın sabiq prezidenti Leonid Kuçma Bakıda jurnalistlərə deyib.
Onun sözlərinə görə, Rusiyaya Ukrayna ilə müharibə lazım deyil: "Bu, Moskvaya olduqca baha başa gələcək".
Eyni zamanda, o, Azərbaycanla da müqayisələr aparıb: "Yüksək templə inkişaf edən Azərbaycana qibtə edirəm. Burarda hakimiyyətin düzgün siyasəti böyük rol oynayıb".
Onun sözlərinə görə, Ukraynanın şərqindəki gərginlik dondurulmuş münaqişəyə çevriləcək: "Hər şey Qarabağ, Osetiya, Dnestryanı və ya Abxaziyada olduğu kimi baş verəcək. Dondurulacaq. Moskva isə ocağı alovlandırmağı bacarır".