Kubanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Kubanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib Fidel Kastronun ölümü ilə əlaqədar səfirlik həmçinin xatirə kitabı açmağı da planlaşdırır
Xarici siyasət
29 Noyabr , 2016 11:25
Kubanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Kubanın Azərbaycandakı səfirliyində Kuba inqilabının lideri Fidel Kastronun ölümü ilə əlaqədar dövlət bayrağı endirilib.

Bu barədə "Report"a Kubanın ölkəmizdəki diplomatik missiyasından məlumat veriblər.

Səfirlik, həmçinin xatirə kitabı açmağı da planlaşdırır.

Qeyd edək ki, Kubanın dövlət, siyasi və partiya lideri, 1959-2008-ci illərdə Kubaya rəhbərlik etmiş Fidel Kastro noybarın 26-da 90 yaşında vəfat edib.

Kuba hökuməti liderin ölümü ilə əlaqədar doqquz günlük matəm elan edib. Matəm dekabrın 4-də Fidel Kastronun cənazəsinin Santyaqo de Kuba şəhərindəki müqəddəs İfigeniya qəbiristanlığında dəfn edilməsiylə sona çatacaq.

Son xəbərlər

Orphus sistemi