Kuala-Lumpurun meri: COP29-un nəticələrini icra etmək üçün təkmil beynəlxalq idarəçilik sistemi lazımdır

Kuala-Lumpurun meri: COP29-un nəticələrini icra etmək üçün təkmil beynəlxalq idarəçilik sistemi lazımdır Qlobal Bakı Forumu hazırda qlobal miqyasda baş verən hadisələri müzakirə etmək, həmçinin irəliyə necə və hansı istiqamətdə getməli olunduğu barədə fikir və yeniliklər əldə etmək üçün yaxşı bir platformadır.
Xarici siyasət
13 mart 2025 16:45
Kuala-Lumpurun meri: COP29-un nəticələrini icra etmək üçün təkmil beynəlxalq idarəçilik sistemi lazımdır

Qlobal Bakı Forumu hazırda beynəlxalq miqyasda baş verən hadisələri müzakirə etmək, həmçinin irəliyə necə və hansı istiqamətdə gedilməsi barədə fikirləri öyrənmək və yeniliklərlə tanış olmaq üçün yaxşı platformadır.

“Report” xəbər verir ki, bunu Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru Maimuna Mohd Şərif martın 13-də XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.

“Hazırda Paris Sazişinə nəzər yetirə bilmək və keçən ilin noyabrında Bakıda keçirilən COP29-un nəticələrini icra etmək üçün bizə təkmil beynəlxalq idarəçilik sistemi lazımdır. Sözünü yerinə yetirən, dediklərini icra edən bir liderliklə yanaşı, maliyyə imkanı və potensial da önəmlidir”.

Son xəbərlər

Orphus sistemi