​Kreml: Vladimir Putin həftə sonu Azərbaycana səfər edəcək

​Kreml: Vladimir Putin həftə sonu Azərbaycana səfər edəcək Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
Xarici siyasət
8 İyun , 2015 15:25
​Kreml: Vladimir Putin həftə sonu Azərbaycana səfər edəcək

Bakı. 8 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin həftə sonu Azərbaycana səfər edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildiriblər.

"Bu həftə prezident İtaliyaya gedəcək, həftənin ikinci yarısı - sonuna doğru isə Azərbaycana səfər edəcək", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bir qədər əvvəl Putinin Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Açılış mərasimində iştirak edə biləcəyi haqda bildirilirdi. "Dəvət var. Belə bir səfərin baş tutacağı istisna deyil", - D.Peskov deyib.

Xatırladaq ki, I Avropa Oyunları iyun ayının 12-dən 28-dək Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi