Kreml: Azərbaycan və Rusiya prezidentləri sentyabrın 1-də Soçidə görüşəcək

Kreml: Azərbaycan və Rusiya prezidentləri sentyabrın 1-də Soçidə görüşəcək
Xarici siyasət
134
31 Avqust , 2018 13:45
Kreml: Azərbaycan və Rusiya prezidentləri sentyabrın 1-də Soçidə görüşəcək

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş sentyabrın 1-də Soçi şəhərində keçiriləcək.

"Report" xəbər verir ki, məlumatı Rusiya prezidentinin Mətbuat xidməti yayıb. 

Kremldən bildirilib ki, dövlət başçıları gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi  aparacaqlar.

Görüşün yekununda hökumətlərarası və qurumlararası bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.