Kreml: Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü barədə danışmaq hələ tezdir

Kreml: Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü barədə danışmaq hələ tezdir Bakı. 15 iyun. REPORT.AZ/ Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi ehtimalını şərh edib.
Xarici siyasət
1654
15 İyun , 2018 13:56
Kreml: Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü barədə danışmaq hələ tezdir

Bakı. 15 iyun. REPORT.AZ/ Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi ehtimalını şərh edib.

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iyunun 14-də Moskvada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında ilk tanışlıq olub.

"Gələcək təmaslar barədə danışmaq hələlik tezdir", - deyə D.Peskov üçtərəfli və ya ikitərəfli görüşün olub-olmayacağı barədə sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, İ.Əliyev və N.Paşinyan iyunun 14-də Moskvada 2018-ci il futbol üzrə dünya çempionatının açılışında iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi