Kreml: Azərbaycan Prezidenti MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək

Kreml: Azərbaycan Prezidenti MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək Görüş dekabrın 26-da Moskvada keçiriləcək
Xarici siyasət
25 Dekabr , 2017 17:25
Kreml: Azərbaycan Prezidenti MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev / Report

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 26-da Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

"Report" Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarqsyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Tacikistan prezidenti Emoməli Rəhmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

Əvvəlcədən xəbər verildiyi kimi, görüş Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

Görüşdə 2017-ci ildə MDB-də Rusiyanın sədrliyinin yekunlarının müzakirə edilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi