Kosta-Rikanın Azərbaycandakı səfirliyi bağlanır

Kosta-Rikanın Azərbaycandakı səfirliyi bağlanır Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.
Xarici siyasət
30 İyul , 2019 11:08
Kosta-Rikanın Azərbaycandakı səfirliyi bağlanır

Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.

“Report” xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.

Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu məsələni şərh edərək bildirib: "Beynəlxalq təcrübəyə uyğun olaraq, hər hansı ölkədə səfirlik/diplomatik nümayəndəlik açmaq və ya bağlamaq qərarı dövlətlərin suveren hüququdur".

Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.

Son xəbərlər

Orphus sistemi