Yuxarı

Daha bir ölkə Azərbaycanda səfirlik açacaq

Diplomatik nümayəndəlik bu il ərzində təsis olunacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Kosta Rika Azərbaycanda səfirlik açmaq niyyətindədir.

Bu barədə "Report" Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir. 

Kosta Rikanın Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada bu ölkənin 2016-cı ildə Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında Kosta Rikanın bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi