Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib Çin Xalq Respublikasının xüsusi statuslu inzibati ərazisi olan Honq-Konqun Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Komissiyası (ICAC) və Beynəlxalq Anti-Korrupsiya Qurumları Assosiasiyasının (IAACA) birgə təşkilatçılığı ilə “Korrupsiya qarşı mübarizə - yeni perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib.
Xarici siyasət
27 May , 2019 19:49
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Çin Xalq Respublikasının xüsusi statuslu inzibati ərazisi olan Honq-Konqun Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Komissiyası (ICAC) və Beynəlxalq Anti-Korrupsiya Qurumları Assosiasiyasının (IAACA) birgə təşkilatçılığı ilə “Korrupsiya qarşı mübarizə - yeni perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

50-dən artıq ölkənin 500-dən artıq nümayəndəsinin qatıldığı 7-ci tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya idarəsinin rəisi Səbuhi Alıyev və Baş İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi Fuad Rəsulovdan ibarət nümayəndə heyəti təmsil edib.

Simpoziumda korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslər və yanaşmalar, effektiv qabaqlayıcı tədbirlər, şəffaflıq mühitinin formalaşdırılması və bu sahədə ictimai maarifləndirmə, hüquqpozmaların qarşısının alınması yolları, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası istiqamətində ən yaxşı təcrübələr müzakirə edilib.

Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə ICAC nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib.

Görüşdə ölkədə korrupsiyaya qarşı mübarizə fəaliyyətinin hüquqi və institusional əsasları, reallaşdırılan sistemli tədbirlər, həmçinin Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsinə yönəlmiş geniş miqyaslı islahatlar barədə iştirakçılara ətraflı məlumat verilmiş, qurumlar arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin ICAC tərəfindən təşkil edilmiş korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və cinayət-hüquqi, eləcə də maarifləndirmə tədbirləri istiqamətlərini əhatə edən təlimlərdə iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi