İqor Korotçenko: “Heç kim Azərbaycan və Rusiya arasında münasibətləri korlaya bilməz”

İqor Korotçenko: “Heç kim Azərbaycan və Rusiya arasında münasibətləri korlaya bilməz” “Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.
Xarici siyasət
126
12 Noyabr , 2021 14:20
İqor Korotçenko: “Heç kim Azərbaycan və Rusiya arasında münasibətləri korlaya bilməz”

“Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

“Report” xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) təşkil etdiyi "dəyirmi masa"da bildirib.

“Biz sadəcə müttəfiq deyil, özü-özünü təmin edən ölkələrik. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”, - o deyib.

Onun sözlərinə görə, Rusiyanı İkinci Qarabağ müharibəsinə cəlb etməklə bağlı bütün cəhdlərə baxmayaraq, rəsmi Moskva müharibənin sonunda 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasında rolunu oynadı.

“Heç kim və heç bir üçüncü ölkə Azərbaycan və Rusiya arasında münasibətlərə müdaxilə edib korlaya bilməz”, - İ.Korotçenko vurğulayıb.

Son xəbərlər

Orphus sistemi