Yuxarı

Koreya səfiri: "Azərbaycan inkişaf etmiş elektron hökumət sistemlərindən birini yaradıb"

Kim Çan Qyu: Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu sistemi dünyada tətbiq etmək üçün ən yüksək səviyyədə addımlar atır

Bakı. 19 avqust. REPORT.AZ/ "Koreya və Azərbaycan arasında sıx əməkdaşlıq yaradılıb, lakin bu əməkdaşlığı genişləndirmək lazımdır".

"Report" xəbər verir ki, bu sözləri Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çan Qyu Bakıda keçirilən Azərbaycan və Koreya arasında dövlət idarəçiliyi sahəsaində əməkdaşlıq forumunda deyib.

Onun sözlərinə görə, bu forum iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Səfir vətəndaşlara elektron xidmət göstərilməsinin inkişafından məmnunluğunu ifadə edib və ikitərəfli əlaqələrin daha da inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.

Kim Çan Qyu Koreyanın elektron hökumət xidmətlərinin göstərilməsində ən qabaqcıl sistemlərindən birini yaratdığını bildirib: "Eyni zamanda, Azərbaycan da inkişaf etmiş elektron hökumət sistemlərindən birini yaradıb və bu sahədə gördüyü işlərlə keçmiş SSRİ-nin digər dövlətlərindən fərqlənir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu sistemi dünyada tətbiq etmək üçün ən yüksək səviyyədə addımlar atır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi