Koreya Prezidenti İlham Əliyevi təbrik edib

Koreya Prezidenti İlham Əliyevi təbrik edib Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib
Xarici siyasət
24 May , 2021 14:36
Koreya Prezidenti İlham Əliyevi təbrik edib
Mun Ce-in
0 : 00
0 : 00

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

"Report" xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər gələcək illərdə daha da güclənəcək, xalqlarımızın dostluğu və əməkdaşlığı daha da dərinləşəcək.

Zati-alinizə möhkəm cansağlığı və bütün işlərinizdə davamlı uğurlar, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

Son xəbərlər

Orphus sistemi