Koreya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri SEBA-nın qonağı olublar

Koreya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri SEBA-nın qonağı olublar Koreya parlamentariləri təşkilatın fəaliyyəti ilə tanış olublar
Xarici siyasət
19 Dekabr , 2014 17:36
Koreya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri SEBA-nın qonağı olublar

Bakı. 19 dekabr. REPORT.AZ/ Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Hvan Yon Çol və sədr müavini Honq Ci Man SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasını ziyarət ediblər. 

SEBA-dan "Report"a verilən məlumata görə, görüş ilk olaraq SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Kyung Hee Universitetinin Şərq Təbabəti Klinikasına ziyarətlə başlayıb. Qonaqlar klinikada koreyalı və yerli həkimlərlə, onların apardığı müayinə və müalicə üsulları ilə tanış olublar.

Daha sonra görüş SEBA Assosiasiyasında - Assosiasiyanın sədri Ruhəngiz Heydərova və əməkdaşları ilə birlikdə ümumi söhbət şəklində davam edib. Görüşdə tərəflər SEBA Assosiasiyasının yaranma ideyasından, Assosiasiyanın həyata keçirdiyi mədəni, elmi, xeyriyyə və digər tədbirlərdən söhbət açıblar, bu ilin oktyabr ayında Koreya Fondu ilə mədəniyyət sahəsində imzalanmış qarşılıqlı anlaşma memorandumu haqqında müzakirələr aparıblar. Eyni zamanda görüş zamanı bu yaxınlarda Koreya Fondu, SEBA Assosiasiyası və Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən birgə təşkil olunmuş Koreya Kino Festivalının uğurlarından danışılıb.

Koreya Parlamentinin üzvləri Koreyanı, onun ümumilikdə mədəniyyətini, səhiyyəsini, təhsilini təmsil edən belə bir təşkilatın təsis olunduğu üçün Assosiasiyanın rəhbərliyinə minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi