Koreya institutunda erməni təxribatının qarşısı alınıb

Koreya institutunda erməni təxribatının qarşısı alınıb Azərbaycan səfirliyi ermənilərin film təqdim etməsinə imkan verməyib
Xarici siyasət
25 Aprel , 2015 16:08
Koreya institutunda erməni təxribatının qarşısı alınıb

Bakı. 25 aprel. REPORT.AZ/ Koreyanın Beynəlxalq Təhsil və İnkişaf üzrə Milli İnstitutunda erməni təxribatının qarşısı alınıb.

Azərbaycanın Koreyadakı səfirliyindən "Report"a verilən məlumata görə, Ermənistan Prezident Aparatının əməkdaşı aprelin 24-də institutda Türkiyə və Azərbaycana qarşı təxribat xarakterli film nümayiş etdirmək istəyib. Xəbərdə qeyd olunub ki, həmin institutda təhsil alan azərbaycanlı tələbələr film nümayiş olunmamışdan əvvəl bundan xəbər tutublar və səfirliklə əlaqə saxlayaraq məlumat veriblər.

Bundan sonra Azərbaycan səfirliyi institut rəhbərliyinə narahatlığını çatdırıb. İnstitut rəhbərliyi Türkiyə və Azərbaycan əleyhinə ittihamlarla dolu filmin təhsil müəssisəsində nümayişinə icazə verməyib və tədbir ləğv edilib.

Qeyd edək ki, məsələ ilə bağlı Türkiyənin Koreyadakı səfirliyi də məlumatlandırılıb və bu ölkənin səfirliyi də tədbirlə bağlı narahatlığını Koreyanın rəsmi qurumlarının diqqətinə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi