Könül Nurullayeva: “Azərbaycan Prezidentinin təşəbbüsü növbəti dəfə BMT-də dəstəkləndi”

Könül Nurullayeva: “Azərbaycan Prezidentinin təşəbbüsü növbəti dəfə BMT-də dəstəkləndi” Bəşəriyyət hələ də COVİD-19 pandemiyası ilə mübarizə aparır. BMT səviyyəsində aparılan müzakirələrdə dünyanın bu qlobal təhdiddən xilas yolları axtarılır. Məlumdur ki, pandemiyaya mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə gö
Xarici siyasət
6 Noyabr , 2020 18:26
Könül Nurullayeva: “Azərbaycan Prezidentinin təşəbbüsü növbəti dəfə BMT-də dəstəkləndi”
Könül Nurullayeva

"Bəşəriyyət hələ də COVID-19 pandemiyası ilə mübarizə aparır. BMT səviyyəsində aparılan müzakirələrdə dünyanın bu qlobal təhdiddən xilas yolları axtarılır. Məlumdur ki, pandemiyaya mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2020-ci ilin iyulun 10-da BMT-nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası rəsmi olaraq öz işinə başlayıb. Çoxsaylı müzakirələr zamanı xüsusi sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər haqqında qərarlar verilib. Müzakirələrin sonunda, 5 noyabr 2020-ci il tarixdə BMT Baş Assambleyası öz plenar iclasında COVID-19 pandemiyasına cavab olaraq Baş Assambleyanın xüsusi sessiyası ilə bağlı qətnamə qəbul edib. 150 ölkə bu qətnamənin lehinə səs verərək Prezident İlham Əliyevin təşəbbüsünü növbəti dəfə dəstəkləyib. Qətnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyası bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınıb. Tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də çıxışının nəzərdə tutulması həm də Azərbaycanın beynəlxalq nüfuzundan xəbəbr verir".

"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Ermənistan isə hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkmir: "Bu qətnamə ilə bağlı müzakirələrdə də Ermənistan ona qarşı çıxaraq sənədin lehinə səs verməyib. Bununla belə dünya həmrəylik nümayiş etdirərək virusdan xilas yollarının axtarılmasını zəruri hesab edir. Ermənistandan fərqli olaraq, Azərbaycan qlobal təhdidlərdən xilas olmağı vacib sayır və bu istiqamətdə ən ali səviyyədə təşəbbüskar qismində çıxış edir. Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü bütün dünya birliyini səfərbər etdi, aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı.Ən vacib məqam isə ondan ibarətdir ki, BMT tarixində 31 xüsusi sessiya keçirilib. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılıb. Lakin Azərbaycanın təklifi ilə xüsusi sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhəmiyyətli təşəbbüsü ilə BMT tarixində ilkə imza atılır".

Son xəbərlər

Orphus sistemi