Komissar: "Cənubi Qafqazda əlaqələndirmənin olmaması inkişaf potensialını məhdudlaşdırır"

Komissar: "Cənubi Qafqazda əlaqələndirmənin olmaması inkişaf potensialını məhdudlaşdırır" "Regionun istənilən ölkəsində apardığımız müzakirələrdə şahidi olduğumuz vacib bir xüsusiyyət əlaqələndirmənin olmamasıdır. Ona görə də regionda ticarət və investisiyaların inkişaf potensialı məhduddur".
Xarici siyasət
147
8 İyul , 2021 17:22
Komissar: Cənubi Qafqazda əlaqələndirmənin olmaması inkişaf potensialını məhdudlaşdırır
Oliver Varhelyi

"Regionun istənilən ölkəsində apardığımız müzakirələrdə şahidi olduğumuz vacib bir xüsusiyyət əlaqələndirmənin olmamasıdır. Ona görə də regionda ticarət və investisiyaların inkişaf potensialı məhduddur".

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının qonşuluq və genişlənmə komisarı Oliver Varhelyi Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

"Əlaqələndirmənin təmin olunması ilə biz Azərbaycandan keçən ticarət marşrutları vasitəsilə Xəzər dənizini Qara dəniz və Avropa ilə əlaqələrəndirə biləcəyik", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi