Kolumbiyanın xarici işlər naziri Azərbaycana gəlib

Kolumbiyanın xarici işlər naziri Azərbaycana gəlib Maria Anxela Olgin regionlara səfər edəcək
Xarici siyasət
16 İyun , 2017 09:58
Kolumbiyanın xarici işlər naziri Azərbaycana gəlib

Bakı. 16 iyun. REPORT.AZ/ Kolumbiyanın xarici işlər naziri Maria Anxela Olgin bu gün Azərbaycana gəlib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, işgüzar xarakterli səfər iyunun 19-dək davam edəcək. 

Səfər əsnasında nazir Maria Anxela Olginin azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Həmçinin, Azərbaycana səfər çərçivəsində M.A.Olgin regionlara səfər edəcək.

Son xəbərlər

Orphus sistemi