Kolumbiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Kolumbiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb Kitab aprelin 5-dən 7-dək saat 12:00-dan 17:00-dək açıq olacaq
Xarici siyasət
5 Aprel , 2017 09:54
Kolumbiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Bakı. 5 aprel. REPORT.AZ/ Kolumbiyanın Azərbaycandakı səfirliyində Mokoa şəhərində baş verən daşqınlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar xatirə kitabı açılıb.

"Report" Kolumbiyanın diplomatik missiyasına istinadən xəbər verir ki, kitab aprelin 5-dən 7-dək saat 12:00-dan 17:00-dək açıq olacaq.

Qeyd edək ki, daşqınlar nəticəsində son günlər Mokoa şəhərində 250-dən çox insan həlak olub, yüzlərlə insan isə xəsarət alıb və itkin düşüb. Kolumbiya prezidenti baş verən təbii fəlakətlə bağlı ölkədə fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi