Kolumbiya XİN-in Avropa məsələləri departamentinin rəhbəri Azərbaycana səfər edəcək

Kolumbiya XİN-in Avropa məsələləri departamentinin rəhbəri Azərbaycana səfər edəcək Kolumbiyalı diplomat iki ölkə arasında əməkdaşlığın mövcud səviyyəsi və inkişaf perspektivləri barədə müzakirələr aparacaq
Xarici siyasət
29 Avqust , 2016 13:48
Kolumbiya XİN-in Avropa məsələləri departamentinin rəhbəri Azərbaycana səfər edəcək

Bakı. 29 avqust. REPORT.AZ/ Kolumbiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin rəhbəri Xuan Markes Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, səfər sentyabrın 1-də baş tutacaq.

Səfər zamanı kolumbiyalı diplomat Azərbaycan XİN-də bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında əməkdaşlığın mövcud səviyyəsi və inkişaf perspektivləri müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi