Kolumbiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində birgə bəyanat qəbul edilib

Kolumbiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində birgə bəyanat qəbul edilib Kolumbiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində birgə bəyanat qəbul edilib
Xarici siyasət
16 İyun , 2017 21:36
Kolumbiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində birgə bəyanat qəbul edilib
Report.az

Bakı. 16 iyun. REPORT.AZ/ Kolumbiya xarici işlər naziri Maria Anxela Olqinin Azərbaycana işgüzar səfəri çərçivəsində birgə mətbuat bəyanatı qəbul edilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirlliyinin mətbuat xidmətindən "Report"a verilən məlumatan görə, Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olgin Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

Maria Anxela Olgin Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırıb, öz növbəsində, Prezident İlham Əliyev ən xoş arzularının Prezident Xuan Manuel Santos çatdırılmasını xahiş edib.

Səfər çərçivəsində Azərbaycan və Kolumbiya xarici işlər nazirləri görüş keçirərək ikitərəfli münasibətlərin cari statusunu nəzərdən keçiriblər və siyasi dialoqun müsbət inkişafından məmnunluq ifadə ediblər.

Nazirlər Kolumbiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini qeyd edərək, Maria Anxela Olginin 8 iyul 2013-cü il 20 tarixində Azərbaycan Respublikasına, nazir Elmar Məmmədyarovun 29-30 iyun 2017-ci il tarixlərində Kolumbiya Respublikasına rəsmi səfərini xoş təəssüratlarla xatırladıblar. Bu xüsusda nazirlər daimi diplomatik təmsilçiliyin ikitərəfli əlaqələrimizin inkişaf dinamikasına yeni bir təkan verdiyini vurğulayıblar.

Nazirlər Azərbaycan və Kolumbiyanın bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin güc yolu ilə ərazilərin tutulmasının qəbuledilməz olduğunu vurğulayıblar.

Nazir Məmmədyarov uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik edib və əldə edilmiş sülh razılaşmasının ölkənin davamlı barışıq və inkişaf üçün çoxsaylı imkanlar yaradacağına ümid etdiyini qeyd edib.

Nazir Olgin Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətin danışıqlar və sülh yolu ilə həllinə istiqamətlənmiş BMT nizamnaməsinin məqsədləri, prinsipləri və müddəalarına, beynəlxalq hüququn qaydalarına və BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamələrinə əməl edilməsinin vacibliyini ifadə edib.

Nazirlər iqtisadi-ticarət, təhsil, turizm, kənd-təsərrüfatı, enerji, logistika, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində tələbə və tədqiqatçıların mübadiləsi xüsusi olaraq vurğulandı. İki ölkənin müvafiq diplomatik tədris və təlim müəssisələri arasında əməkdaşlığa toxunan nazirlər Kolumbiya XİN-nin dəstəyi ilə Azərbaycan XİN əməkdaşları üçün təşkil edilən ispan dili kurslarının rolunu qeyd ediblər.

Tərəflər hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini bildiriblər və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün iki ölkənin biznes icmaları arasında birbaşa təmasların qurulmasının təşviqi barəsində ortaq mövqelərini bölüşüblər. Nazir Olqinin Azərbaycanın regionlarına (Hacıqabul, Kürdəmir, Göyçay, Zaqatala) fındıq və nar istehsalı sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan səfəri səmərəli bir layihə kimi Kolumbiyadakı sülh quruculuğuna gələcək töhfə verməsi baxımından vacibdir.

Tərəflər nazir Məmmədyarovun bu ilin mayında Kolumbiyaya səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in mədəniyyət və turizm sahəsində əməkdaşlığa təkan verəcəyinə əminlik ifadə ediblər. Həmçinin, müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir aparıblar.

Nazirlər ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası diplomatiyanın xüsusi rolunu qeyd ediblər və bu xüsusda Azərbaycan-Kolumbiya Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətini təqdir ediblər. Nazir Məmmədyarov bu xüsusda Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsini yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Həmçinin nazirlər beynəlxalq gündəlikdə duran məsələləri müzakirə ediblər və sülh və təhlükəsizliklə beynəlxalq düzəmin əsasını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlərinə dair öhdəliklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi