Yuxarı

​Kiyevdə “Ukraynada azsaylı millətlər siyasəti və dünya standartı” adlı beynəlxalq seminar keçirilib

Millətlər siyasətinin düzgün tətbiqi sahəsində Azərbaycan modelindən nümunə kimi yararlanmaq təklif edilib

Bakı. 10 iyul. REPORT.AZ/ Kiyevdə Ukrayna Millətlər Assambleyasının və Almaniyanın "Fridrix Ebert"  Fondunun birgə təşkilatçılığı ilə “Ukraynada azsaylı millətlər siyasəti və dünya standartı” adlı beynəlxalq seminar keçirilib. 

Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, konfransda MDB və Avropanın bir sıra ölkələrindən 65 nümayəndə və ekspert iştirak edib. Onlar arasında rəsmi şəxslər və QHT təmsilçiləri olub.

Tədbirin təşkilatçılarından olan Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev bildirib ki, Ukrayna Millətlər Assambleyası bu ölkədə yaşayan etnik xalqların hüquqlarının qorunması, onların ölkənin ictimai-mədəni həyatına inteqrasiya mexanizminin qanunvericilik bazasının işlənilib hazırlanması üçün ölkənin bir sıra şəhərlərində seminarların keçirilməsinə start verib: “Təşkil etdiyimiz bu seminarlarda əsasən xarici mütəxəssis və ekspertlər Ukraynanın dovlət strukturlarında azsaylı xalqlarla işləyən dövlət qulluqçularına dünya standartlarından mühazirələr deyəcəklər”.

Tədbirdə MDB ölkələrində millətlər siyasətinin Avropa standartlarına uyğunlaşdırılması prosesindən danışan Beynəlxalq Sərhədsiz İnsan Hüquqları təşkilatının direktoru Villi Fotre Ukraynada bu işlə dərindən məşğul olan Ukrayna Millətlər Assambleyasına və onun rəhbəri Rövşən Tağıyevə minnətdarlığını bildirib. 

Tədbir iştirakçılarının diqqətini Azərbaycanda milli, dini tolerantlığın aliliyinə göstərilən xüsusi diqqət və qayğıya yönəldən Villi Fotre dünyada bu işlə məşğul olan mütəxəssis kimi millətlər siyasətinin düzgün tətbiqi sahəsində Azərbaycan modelindən nümunə kimi yararlanmağı təklif edib.

Daha sonra müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi