Yuxarı

Kiyevdə "Şərq Tərəfdaşlığı" ölkələri XİN başçılarının görüşü keçirilib

Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edib

Bakı. 11 iyul. REPORT.AZ/ Kiyevdə "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinin XİN başçılarının VII qeyri-rəsmi görüşü keçirilib. 

"Report"un məlumatına görə, görüş zamanı iştirakçılar "Şərq Tərəfdaşlığı" proqramının həyata keçirilməsi və inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Qeyd edək ki, sabah Ukraynanın paytaxtında "Şərq Tərəfdaşlığı" proqramı ölkələrinin iqtisadiyyat nazirlərinin qeyri-rəsmi görüşü də keçiriləcək.

Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi