Kiyevdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna məsləhətləşmələri keçirilib

Kiyevdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna məsləhətləşmələri keçirilib Azərbaycan və Ukrayna beynəlxalq arenada bir-birinin ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək
Xarici siyasət
11 Noyabr , 2017 12:50
Kiyevdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna məsləhətləşmələri keçirilib
Mfa.gov.ua

Bakı. 11 noyabr. REPORT.AZ/ Kiyevdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna məsləhətləşmələri keçirilib.

"Report" Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məsləhətləşmələr Ukrayna xarici işlər naziri Pavel Klimkinin noyabrın 9-da Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində iki ölkənin Xarici İşlər nazirlikərinin ərazi departamentlərinin direktorları səviyyəsində baş tutub.

Məsləhətləşmələr zamanı tərəflər gündəlikdə duran ikitərəfli və beynəlxalq məsələləri geniş müzakirə ediblər. Ən yüksək səviyyədə siyasi dialoqun genişləndirilməsi məsələlərinə başlıca diqqət yetirilib.

Tərəflər Azərbaycan və Ukraynanın ərazi bütövlüyünə dəstək üzrə ardıcıl mövqelərini qeyd ediblər, həmçinin bu məsələ ilə bağlı beynəlxalq səviyyədə bir-birini dəstəkləməkdə davam edəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi