Yuxarı

Kiyevdə GUAM MKŞ-nin 36-cı iclası baş tutub

MKŞ həlli uzanan münaqişələr üzrə qətnamə ilə bağlı GUAM tərəfdaşları ilə aparılan məsləhətləşəmələrin yekunlarını müzakirə edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Kiyevdə GUAM Katibliyində GUAM-ın Milli Koordinatorlar Şurasının (MKŞ) 36-cı iclası keçirilib. "Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda təşkilatın bütün iştirakçı ölkəri iştirak edib. Azərbaycanı toplantıda Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin başçısı Tofiq Musayev təmsil edib.

MKŞ "GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" qətnaməsi layihəsinin BMT Baş Assambleyasının cari sessiyasında irəli sürülməsi üzrə GUAM tərəfdaşları ilə aparılan məsləhətləşmələrin yekunlarını müzakirə edib və bu istiqamətdə işlərin davam etdirilməsini tövsiyə edib.

MKŞ GUAM Parlament Assambleyasının nümayəndə heyətinin noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməsini alqışlayıb. Şura 11-12 dekabr 2015-ci il tarixlərində GUAM PA-nın növbəti plenar iclasının keçirilməsi niyyətini dəstəkləyib və iclas ərəfəsində GUAM PA-nın müvafiq ixtisas komissiyalarının iclasının keçirilməsini tövsiyə edib.

MKŞ GUAM-ın sahəvi əməkdaşlıqla, o cümlədən iqtisadiyyat və ticarət, nəqliyyat, insan alverinə qarşı mübarizə ilə bağlı kompleks məsələlərini müzakirə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi