Kiyevdə Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olunub

Kiyevdə Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olunub Kiyevdə Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya və Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev arasında görüş keçirilib.
Xarici siyasət
10 İyul , 2021 11:21
Kiyevdə Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olunub

Kiyevdə Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya və Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev arasında görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

GUAM təşkilatının katibliyində baş tutan görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın önəmi vurğulanıb. Tərəflər həmçinin iki ölkə arasında yüksək səviyyədə qarşılıqlı səfərlərin fəal dinamikasını yüksək qiymətləndiriblər və bu dinamikanın gələcəkdə də saxlanılacağına ümidvarlıq ifadə ediblər.

Görüşdə siyasi, ticari-iqtisadi, nəqliyyat, energetika və digər sahələr daxil olmaqla ikitərəfli gündəliyin vacib məsələləri də müzakirə olunub. Xüsusi diqqət müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılmasına yetirilib.

Tərəflər Gürcüstan və Azərbaycanda COVID-19-la bağlı vəziyyəti də nəzərdən keçiriblər və pandemiya ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, turizm sahəsinin tam bərpasının vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi