KXDR Dövlət Şurası sədrinin müavini: "Koreya yarımadasında vəziyyət kritikdir"

KXDR Dövlət Şurası sədrinin müavini: "Koreya yarımadasında vəziyyət kritikdir" Biz mütləq şəkildə həllini tələb edən ciddi təhlükə ilə qarşılaşırıq.
Xarici siyasət
26 oktyabr 2019 07:35
KXDR Dövlət Şurası sədrinin müavini: Koreya yarımadasında vəziyyət kritikdir

"Biz mütləq şəkildə həllini tələb edən ciddi təhlükə ilə qarşılaşırıq".

"Report"un xəbərinə görə, bunu KXDR Dövlət Şurası sədrinin müavini, Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çhve Rön He Qoşulmama Hərəkatının XVIII sammitinin ikinci günündə deyib.

"ABŞ ilə sazişin imzalanmasından illər keçdi, amma heç bir şey dəyişmədi. Koreya yarımadasında vəziyyət kritikdir. Biz denuklerizasiya məsələsinə yalnız ABŞ-ın konstruktiv yanaşmaya başlaması və KXDR-ə düşmən münasibətindən əl çəkməsi halında baxa bilərik. Biz prinsiplərimizdən imtina edərək Qərb ölkələrinə xidmət edə bilmərik", - o bildirib.

Son xəbərlər

Orphus sistemi