Kestutis Yankauskas: "Bu il Azərbaycan üçün taleyüklü oldu"

Kestutis Yankauskas: "Bu il Azərbaycan üçün taleyüklü oldu" “2020-ci il həyatımıza gətirdiyi çoxlu dəyişikliklər, çətinliklərlə yadda qaldı".
Xarici siyasət
31 Dekabr , 2020 14:54
Kestutis Yankauskas: Bu il Azərbaycan üçün taleyüklü oldu
Kestutis Yankauskas

“2020-ci il həyatımıza gətirdiyi çoxlu dəyişikliklər, çətinliklərlə yadda qaldı. Bu il həm də dünya üzrə COVID-19-a qarşı həmrəylik ilidir”.

“Report” xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan xalqına bayram müraciətində deyib.

“Bu mübarizəyə Aİ-nin “Team Europe” təşəbbüsünə qoşularaq Azərbaycan və Şərq Tərəfdaşlığının digər üzv ölkələrinə pandemiyaya qarşı dəstək verməsinə şadam. Həmçinin bu il Azərbaycan üçün taleyüklü il oldu. Azərbaycan xalqına, xüsusilə də COVID-19 ilə mübarizədə və Qarabağ müharibəsində yaxınlarını, doğmalarını itirənlərə başsağlığı verirəm. 2020-ci il hamımıza adi şey kimi qəbul etdiyimiz hər şeyin qədrini bildirdi. Hamınıza cansağlığı, gediş-gəliş sərbəstliyi, sakit səma arzulayıram. Yeni iliniz və Həmrəylik Gününüz mübarək!”, – diplomat müraciətinə bildirib.

Son xəbərlər

Orphus sistemi