Kerri: "ABŞ Azərbaycan hökumətinin əfv sərəncamı ilə bağlı müsbət addımını alqışlayır"

Kerri: "ABŞ Azərbaycan hökumətinin əfv sərəncamı ilə bağlı müsbət addımını alqışlayır" "Biz bu istiqamətdə Azərbaycanla əlavə müsbət addımlar üzrə əməkdaşlığa ümid edirik"
Xarici siyasət
18 Mart , 2016 09:36
Kerri: ABŞ Azərbaycan hökumətinin əfv sərəncamı ilə bağlı müsbət addımını alqışlayır

Bakı. 18 mart. REPORT.AZ/ ABŞ Azərbaycan Prezidentinin əfv sərəncamı imzalamasını alqışlayır. "Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin bəyanatında bildirilir.

"ABŞ Azərbaycan hökumətinin bu müsbət addımını alqışlayır. Biz bu istiqamətdə Azərbaycanla əlavə müsbət addımlar üzrə əməkdaşlığa ümid edirik", - C.Kerrinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Əfv sərəncamı 148 nəfərə, o cümlədən bəzi tanınmış şəxslərə şamil olunub. Belə ki, əfv sərəncamında Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, "Talışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov da yer alıb.

Son xəbərlər

Orphus sistemi