Keniyada Azərbaycan səfirliyinin fəaliyyətinin təmin edilməsi barədə sərəncam imzalanıb

Keniyada Azərbaycan səfirliyinin fəaliyyətinin təmin edilməsi barədə sərəncam imzalanıb Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Keniyada (Nayrobi şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Xarici siyasət
26 Noyabr , 2022 16:21
Keniyada Azərbaycan səfirliyinin fəaliyyətinin təmin edilməsi barədə sərəncam imzalanıb
İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Keniyada (Nayrobi şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.

Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Dövlət başçısı eyni zamanda, "Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu da təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi