Kəmaləddin Heydərov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb

Kəmaləddin Heydərov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb Nazir Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb
Xarici siyasət
2 Mart , 2016 15:04
Kəmaləddin Heydərov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb

Bakı. 2 mart. REPORT.AZ/ Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 2-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir Kəmaləddin Heydərov hər iki ölkə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, qarşılıqlı səfər və görüşlərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaratdığını söyləyib. O, qonaqlara Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında ətraflı məlumat verib, Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.

General Rəşad Mahmud bildirib ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində

Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq Pakistan üçün əhəmiyyətlidir. Qonaq vurğulayıb ki, təmsil etdiyi qurum bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi