Kəmaləddin Heydərov Misir Sərhəd Qoşunlarının komandanıyla görüşüb

Kəmaləddin Heydərov Misir Sərhəd Qoşunlarının komandanıyla görüşüb Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
30 Mart , 2016 19:17
Kəmaləddin Heydərov Misir Sərhəd Qoşunlarının komandanıyla görüşüb

Bakı. 30 mart. REPORT.AZ/ Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin(FHN) mətbuat xidmətindən məlumat verilib.

Nazir Kəmaləddin Heydərov bildirib ki, dost Azərbaycan və Misir arasında əlaqələr günü-gündən möhkəmlənir. Bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də ölkələr arasında uğurlu əməkdaşlıq mövcuddur.

General-mayor Əhməd İbrahim Məhəmməd İbrahimi Azərbaycanda gördüyü yüksək qonaqpərvərlikdən danışaraq vurğulayıb ki, Misirin müvafiq qurumları ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın geniş perspektivləri var.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi