Kəmaləddin Heydərov İranın iqtisadi məsələlər və maliyyə naziri ilə görüşüb

Kəmaləddin Heydərov İranın iqtisadi məsələlər və maliyyə naziri ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb
Xarici siyasət
28 Yanvar , 2015 20:36
Kəmaləddin Heydərov İranın iqtisadi məsələlər və maliyyə naziri ilə görüşüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycannın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Kəmaləddin Heydərov iki ölkə prezidentlərinin səyləri nəticəsində intensiv inkişaf edən ikitərəfli əlaqələrin yeni vüsət aldığını diqqətə çatdırıb. O, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında qonaqlara ətraflı məlumat verib.

İranlı nazir səmimi qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından bəhs edib. O, iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində də əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi