Kayseridə ümummilli lider Heydər Əliyev adına tələbə yataqxanasının açılışı olacaq

Kayseridə ümummilli lider Heydər Əliyev adına tələbə yataqxanasının açılışı olacaq İstanbul. 19 oktyabr. REPORT.AZ/ Türkiyənin Kayseri şəhərində ümummilli lider Heydər Əliyev adına tələbə yataqxanasının, Xocalı soyqırımı qurbanlarının xatirəsinə salınmış Xocalı parkı və Xocalı abidəsinin açılışı olacaq.
Xarici siyasət
19 Oktyabr , 2018 14:51
Kayseridə ümummilli lider Heydər Əliyev adına tələbə yataqxanasının açılışı olacaq
0 : 00
0 : 00

İstanbul. 19 oktyabr. REPORT.AZ/ Türkiyənin Kayseri şəhərində ümummilli lider Heydər Əliyev adına tələbə yataqxanasının, Xocalı soyqırımı qurbanlarının xatirəsinə salınmış Xocalı parkı və Xocalı abidəsinin açılışı olacaq. 

"Report"un Türkiyə bürosunun məlumatına görə, mərasimlərə hər iki ölkənin dövlət və hökumət rəsmiləri, qardaş ölkədə yaşayan, fəaliyyət göstərən, təhsil alan azərbaycanlılar və ictimaiyyət nümayəndələri qatılacaqlar. 

Türkiyənin sabiq prezidenti Abdullah Gül Vəqfinə aid olan təhsil komplekslərinə məxsus yataqxana müasir standarlara uyğun şəkildə inşa edilib. 

Xocalı parkı və Xocalı abidəsi Kayseri Böyükşəhər Bələdiyyəsinin dəstəyi və Azərbaycan Təhsil və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə salınıb. 

Dərnəyin rəhbəri Elşən Qəmbərov "Report"a açıqlamasında bildirib ki, iki ildir inşası davam edən park Kayseri şəhərinin mərkəzində geniş ərazidə, Erciyes Universiteti və ona məxsus tələbə kompleksinin yaxınlığında yerləşir. 

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi