Kaxa Kuçava: "Gürcüstanla Azərbaycanın münasibətləri strateji əhəmiyyət daşıyır"

Kaxa Kuçava: "Gürcüstanla Azərbaycanın münasibətləri strateji əhəmiyyət daşıyır" Azərbaycan lə Gürcüstanın münasibətləri hər iki tərəf üçün daima strateji əhəmiyyət daşıyaraq iki xalqın milli mənafeyinə söykənir.
Xarici siyasət
23 Oktyabr , 2020 16:56
Kaxa Kuçava: Gürcüstanla Azərbaycanın münasibətləri strateji əhəmiyyət daşıyır
Kaxa Kuçava

Azərbaycan ilə Gürcüstanın münasibətləri hər iki tərəf üçün daima strateji əhəmiyyət daşıyaraq iki xalqın milli mənafeyinə söykənir.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələrə dair işçi qrupunun rəhbəri Kaxa Kuçava bildirib.

“Strateji tərəfdaşımız olan Azərbaycanla Gürcüstan arasında həm hökumət, həm də parlament səviyyəsində yaxın əlaqələr, səmərəli əməkdaşlıq mövcuddur. Gürcü və Azərbaycan xalqlarını tarixi dostluq telləri birləşdirir, etnik azərbaycanlılar bizim cəmiyyətin mühüm parçasıdır. İki ölkə arasındakı münasibətlər sürətlə inkişaf edir ki, bu da regionda iqtisadi sabitliyi qoruyub saxlamaq və inkişaf etdirmək üçün çox mühümdür. Son hadisələri də nəzərə almaqla biz hesab edirik ki, sülhə alternativ yoxdur və buna da yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür. Elə Gürcüstanın baş naziri Giorgi Qaxariya da tərəfləri buna səsləyib, tərəflər arasında dialoqun məkanı kimi Tbilisi şəhərini təklif etmişik. Ölkəmizin, xalqımızın inkişafı üçün regionda sülh vacib şərtdir”, - deputat qeyd edib.

Gürcüstan parlamentinin Sektor iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin üzvü İsko Daseni də iki ölkə arasında çox mühüm iqtisadi əlaqələr qurulduğunu, Azərbaycan Respublikasının mühüm strateji tərəfdaşları olduğunu dilə gətirib:

“Azərbaycanla aramızda iqtisadi, ticarət, xüsusilə də enerji sahəsində mühüm əlaqələr qurmuşuq. Yanacaq idxalımızın böyük hissəsi Azərbaycanın payına düşür. Amma əməkdaşlığımız təkcə enerji sahəsində deyil, çoxlu kənd məhsulları da Azərbaycandan Gürcüstana gəlir, həmçinin Gürcüstan da Azərbaycana şərab da daxil olmaqla bir çox kənd məhsulları ixrac edir. Ümidvaram ki, iqtisadi-ticari əlaqələrimiz daha da genişlənməklə hər iki tərəfə böyük iqtisadi faydalar verəcək”.

Deputat həmçinin Gürcüstanla Azərbaycanın bir-birinin ərazi bütövlüyünü də qətiyyətlə dəstəklədiklərini xatırladıb.

Son xəbərlər

Orphus sistemi