​Kanadada Respublika günü münasibətilə təntənəli ziyafət təşkil edilib

​Kanadada Respublika günü münasibətilə təntənəli ziyafət təşkil edilib Tədbirdə yüksək vəzifəli rəsmilər iştirak edib
Xarici siyasət
27 May , 2016 02:11
​Kanadada Respublika günü münasibətilə təntənəli ziyafət təşkil edilib

Bakı. 27 may. REPORT.AZ/ Mayın 24-də Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən paytaxt Ottava şəhərinin “Fairmont” mehmanxanasında “28 May – Respublika günü” münasibətilə təntənəli ziyafət təşkil edilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə bu ölkənin Kanada Xarici İşlər, Ticarət və İnkişaf Departamentinin yüksək vəzifəli rəsmiləri, digər dövlət qurumlarının təmsilçiləri, Ottavada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyə, Gürcüstan, İsrail, Rusiya, Ukrayna, Yunanıstan, Rumıniya, Latviya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Liviya, Anqola, Braziliya, Sloveniya, Makedoniya, Keniya, Yamayka, Nigeriya, Əlcəzair, Venesuela, Uruqvay, Toqo, Çad səfirləri, eləcə də Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icması iştirak edib.

Ziyafətdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika gününün tarixçəsi barədə iştirakçıları məlumatlandırıb, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cumhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyini vurğulayıb. O, Azərbaycan Xalq Cumhuriyyətinin müsəlman şərqində ilk parlamentli respublika olduğunu və qadınlara səsvermə hüququnu bir sıra qərb demokratiyalarından daha əvvəl tanıdığını söyləyib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın çətin bir inkişaf yolu keçdiyi, ölkə rəhbərliyinin bütün problemlərə baxmayaraq, ölkəmizi müasir dövrün sürətlə inkişaf edən ölkələrindən birinə çevirməyə müvəffəq olduğu vurğulanıb. R.Hüseynli, həmçinin Azərbaycan-Kanada ikitərəfli münasibətlərinə toxunaraq, ölkəmizin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin Kanada-Azərbaycan iqtisadi əlaqələri sahəsində son zamanlar əldə olunan nailiyyətlər barədə iştirakçılara məlumat verib.

Son xəbərlər

Orphus sistemi