Kanada Azərbaycana yeni səfir təyin edib

Kanada Azərbaycana yeni səfir təyin edib Kanada xarici işlər naziri bu posta Kris Kuteri təyin edib
Xarici siyasət
19 İyul , 2016 16:39
Kanada Azərbaycana yeni səfir təyin edib

Bakı. 19 iyul. REPORT.AZ/ Kanada Azərbaycan və Türkiyəyə yeni səfir təyin edib.

"Report" Kanada Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Stefan Dion bu posta Kris Kuteri təyin edib.

O, bu vəzifədə Con Holmsu əvəzləyəcək.

Yeni səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Kanadanın Azərbaycandakı səfirliyinin iqamətgahı Ankarada yerləşir.

Son xəbərlər

Orphus sistemi