Kamran İmanov: “Görəcəyimiz işlərlə erməniləri ifşa edəcəyik”

Kamran İmanov: “Görəcəyimiz işlərlə erməniləri ifşa edəcəyik” “Onlar muzdla yazdırdıqları “əsərlər”lə dünyaya yalan toxumu səpirlər”
Xarici siyasət
21 Aprel , 2015 10:40
Kamran İmanov: “Görəcəyimiz işlərlə erməniləri ifşa edəcəyik”

Bakı. 21 aprel. REPORT.AZ/ “Ermənilər tərəfindən sifariş olunan “kitablar”, onların muzdla yazdırdıqları “əsərlər” dünyaya yalan toxumunu səpirlər”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, ermənilər bu cür addımlarla ictimai rəyi çaşdırırlar: “Bu yalanları ifşa etmək üçün addımlar atırıq, bundan sonra da atacağıq. Görəcəyimiz işlərlə onları ifşa edəcəyik. Müəllif Hüquqları Agentliyi cənab prezidentin tapşırığına əsasən ciddi fəaliyyət göstərir. Azərbaycan xalqının mənəviyyatına, milli qururuna qarşı çıxanlara qarşı mübarizə aparmağı tarixi hökm kimi qarşımıza məqsəd qoymuşuq”.