Kamran Əliyev Özbəkistana rəsmi səfərə gedib

Kamran Əliyev Özbəkistana rəsmi səfərə gedib Azərbaycan və Özbəkistan prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti özbəkistanlı həmkarı Niqmatilla Yuldaşevin dəvəti ilə Daşkəndə rəsmi səfər edib. Sə
Xarici siyasət
13 Aprel , 2022 10:05
Kamran Əliyev Özbəkistana rəsmi səfərə gedib
Kamran Əliyev

Azərbaycan və Özbəkistan prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti özbəkistanlı həmkarı Niqmatilla Yuldaşevin dəvəti ilə Daşkəndə rəsmi səfər edib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Səfər çərçivəsində cinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi