Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında görüş keçirilib.
Xarici siyasət
15 Oktyabr , 2021 18:24
Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
0 : 00
0 : 00

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının yaydığı məlumatda bildirilib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətləri və müxtəlif sahələrdə məhsuldar əməkdaşlıq məsələləri müzakirə olunub.

İki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Bölgədə təhlükəsizliyə olan təhdidlərə də diqqət yönəldilib və bu sahədə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın önəmi qeyd olunub.

Görüşdə Gürcüstanın Baş prokuroru İrakli Şotadze və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib. 

16:37

Gürcüstana səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi, qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində nailiyyətlərin əldə olunduğu vurğulanıb, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi