Azərbaycan Baş prokuroru erməni həmkarı ilə görüşdə Ermənistanın minalanmanı davam etdirməsi məsələsini qaldırıb

Azərbaycan Baş prokuroru erməni həmkarı ilə görüşdə Ermənistanın minalanmanı davam etdirməsi məsələsini qaldırıb "Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesini davam etdirməsi yolverilməzdir".
Xarici siyasət
8 dekabr 2022 09:58
Azərbaycan Baş prokuroru erməni həmkarı ilə görüşdə Ermənistanın minalanmanı davam etdirməsi məsələsini qaldırıb
Kamran Əliyev

"Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesini davam etdirməsi yolverilməzdir".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib.

O, mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini qeyd edib.

Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

O, Birinci və İkinci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.

Son xəbərlər

Orphus sistemi