Kaliforniyada Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb

Kaliforniyada Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb Bakı. 4 oktyabr. REPORT.AZ/ Kaliforniyanın Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb.
Xarici siyasət
4 Oktyabr , 2018 10:13
Kaliforniyada Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Kaliforniyanın Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan "Report"a bildirilib ki, Monterey Şəhər Şurasının sabiq üzvü Nensi Selfric assosiasiyanın icraçı direktoru seçilib. 

Təşkilatın İdarə Heyəti və Məşvərətçilər Şurasında Monterey şəhərinin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri təmsil olunurlar.

Assosiasiyanın məqsədi Monterey və Lənkəran şəhərləri arasında münasibətlərin müxtəlif layihələr vasitəsilə qarşıdakı illərdə daha da gücləndirilməsi və inkişaf etdirilməsidir.

Qeyd edək ki, Monterey və Lənkəran şəhərləri 2011-ci ildə qardaşlaşıblar. Ötən dövr ərzində iki şəhər arasında səfər mübadilələri, həmçinin Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyilə Monterey şəhərində Azərbaycanın təbliği və Azərbaycan həqiqətlərinin şəhər ictimaiyyətinə çatdırılması istiqamətində siyasi, iqtisadi və mədəni xarakterli müxtəlif tədbirlər həyata keçirilib, şəhərdəki Azərbaycan dostlarının sayı artıb.

ABŞ-ın tərkibinə daxil edilənədək Kaliforniyanın 19-cu əsrin birinci yarısında paytaxtı olmuş, Sakit okean sahilində yerləşən qədim Monterey şəhəri Kaliforniyada bir çox “ilk”lərin, o cümlədən ilk qəzetin, teatrın, çap evinin, kitabxananın və dövlət məktəbinin vətənidir. Hazırda 30 minə yaxın əhalisi olan və Kaliforniyanın ictimai, siyasi və mədəni həyatında önəmli rol oynayan şəhər xüsusilə hərbi dənizçilik və xarici dillərin tədrisi sahələrində ixtisaslaşmış mühüm təhsil ocaqları ilə də məşhurdur. Bunların sırasında ABŞ Müdafiə Nazirliyinin Xarici Dillər İnstitutunu (Defense Language Institute) və ABŞ dəniz donanmasına məxsus olan Ali Dənizçilik Məktəbini (Naval Postgraduate School) qeyd etmək olar.

Son xəbərlər

Orphus sistemi