İstanbulda "Vətən müharibəsi zamanı Azərbaycana qarşı təzyiqlər" adlı seminar keçirilib

İstanbulda "Vətən müharibəsi zamanı Azərbaycana qarşı təzyiqlər" adlı seminar keçirilib İstanbulun Bahçeşehir Universitetində Vətən müharibəsi dövründə Azərbaycan əleyhinə formalaşdırılan dezinformasiya siyasəti və rəsmi Bakıya təzyiqlər mövzusunda seminar keçirilib.
Xarici siyasət
7 Aprel , 2022 17:36
İstanbulda Vətən müharibəsi zamanı Azərbaycana qarşı təzyiqlər adlı seminar keçirilib

İstanbulun Bahçeşehir Universitetində Vətən müharibəsi dövründə Azərbaycan əleyhinə formalaşdırılan dezinformasiya siyasəti və rəsmi Bakıya təzyiqlər mövzusunda seminar keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, professor Anar İsgəndərov, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) İdarə Heyətinin sədri Tural Əfəndiyev, Bahçeşehir Universitetinin təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Abdullah Ağar və beynəlxalq hüquq üzrə ekspert Məhməd Uzun çıxış ediblər.

Çıxışlar zamanı Azərbaycana qarşı İkinci Qarabağ müharibəsi dövründə tətbiq edilən ikili standartlar, beynəlxalq arenada rəsmi Bakıya ünvanlanan əsassız iddialar və məqsədli dezinformasiyanın ölkə ictimaiyyətini, eləcə də dünya birliyini yanıltmağa hesablandığından bəhs edilib.

Milli Məclisin deputatı Anar İsgəndərov 30 il ərzində aparılan danışıqlarda Ermənistanın destruktiv mövqe sərgiləməsini müharibənin başlaması üçün başlıca səbəb sayıb.

Təhlükəsizlik üzrə ekspert Abdullah Ağar isə çıxışı zamanı Vətən müharibəsi zamanı dünya mediasının yanaşmasını təhlil edib. Ekspert bildirib ki, xüsusilə Qərb mediasının Azərbaycandakı haqq savaşını işıqlandırmaqda tutduğu mövqe bilavasitə Ermənistan tərəfinin təbliğatını aparmaqdan ibarət olub. Həmçinin regionda Azərbaycanın yaratdığı yeni reallıqlar, Zəngəzur dəhlizinin postmüharibə dövründə aktual geosiyasi məsələ olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbirdə ali təhsil müəssisəsinin tələbə-müəllim heyəti, ali təhsil ocağında təhsil alan onlarla azərbaycanlı tələbə iştirak edib.

Son xəbərlər

Orphus sistemi