İstanbulda “Azərbaycan-Türkiyə qardaşlığı” mövzusunda konfrans keçirilib

İstanbulda “Azərbaycan-Türkiyə qardaşlığı” mövzusunda konfrans keçirilib İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Azərbaycan-Türkiyə qardaşlığı” mövzusunda konfrans baş tutub.
Xarici siyasət
25 Fevral , 2022 18:34
İstanbulda “Azərbaycan-Türkiyə qardaşlığı” mövzusunda konfrans keçirilib

İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Azərbaycan-Türkiyə qardaşlığı” mövzusunda konfrans baş tutub.

"Report"un yerli bürosu xəbər verir ki, İstanbul Universitetində keçirilən tədbirdə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Türkiyənin “Vətən" Partiyasının sədri Doğu Perinçek, “Şimali Kipr Akdeniz” Media Qrupunun rəhbəri Hüseyn Məcid Yusif və “Türkiyə Gənclik Birliyi”nin sədri Dilek Çınar çıxış ediblər.

Natiqlər Xocalı soyqırımı başda olmaqla ermənilərin Azərbaycan və azərbaycanlılara qarşı uzun illər davam etdirdiyi işğalçı, dağıdıcı və terrorçu siyasəti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi 44 günlük Vətən müharibəsi ilə bu siyasətə son qoyulduğu, işğaldan azad edilən torpaqların ermənilər tərəfindən viran edilməsi haqqında məlumat verilib.

Bildirilib ki, hazırda ermənilər tərəfindən darmadağın edilən ərazilərimizdə Azərbaycan dövləti tərəfindən aparılan bərpa-yenidənqurma işləri uğurla davam etdirilir.

Çıxışçılar Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı işlənən tarixin ən ağır və unudulmayacaq cinayətlərindən biri olduğunu vurğulayıblar.

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfərlə bu soyqırımın qisasının alındığını deyən çıxışçılar bildiriblər ki, ermənilər tərəfindən xalqlarımıza və ölkələrimizə qarşı həyata keçirilən bütün cinayətlərin böyük bir hissəsinin izləri işğaldan azad olunan ərazilərimizdə özünü biruzə edir.

Qeyd olunub ki, məhz Xocalı soyqırımına dünya üzrə lazımi hüquqi qiymət verildiyi təqdirdə ədalət öz yerini tapacaq.

Konfrans əsnasında Xocalı soyqırımı, Azərbaycanın 44 günlük Vətən müharibəsinə getdiyi yol və şanlı Zəfərimizi özündə əks etdirək şəkillərdən ibarət sərgi təşkil olunub.

Qeyd edək ki, tədbirdə ölkəmizin İstanbuldakı Baş konsulluğunun əməkdaşları, Türkiyə ictimaiyyətinin nümayəndələri, İstanbul universitetinin tələbə-müəllim heyəti, qardaş ölkədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan dərnəkləri,ictimai birliklərin, QHT-lərin təmsilçiləri və digərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi