Baş nazir Yair Lapid Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb

Baş nazir Yair Lapid Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb “Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”
Xarici siyasət
18 Noyabr , 2022 15:22
Baş nazir Yair Lapid Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb

“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.

“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid tviterdə yazıb.

O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.

“Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, - hökumət başçısı vurğulayıb.

Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib. Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.

Bundan başqa, Azərbaycan BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik, Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edir. Parlament bununla bağlı layihələri də təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi