İsrailin Azərbaycandakı səfirliyi “Ümid yeri” uşaq evinin sakinlərinə yeni isti geyimlər hədiyyə edib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin tviter hesabındakı paylaşımda deyilir.
“Yeni ili bir qədər daha sevincli etmək səyləri çərçivəsində Binədə yerləşən “Ümid yeri” uşaq evində qonaq olduq.
Qış öncəsi onlar üçün yeni qış geyimləri apardıq... Həm uşaqlar, həm də missiya rəhbərimizin müavini Doron Peyer birlikdə keçirilən vaxtdan çox məmnun qaldılar”, - səfirlikdən qeyd edilib.